Türkiyədə keçirilən “Altın Kelebek” mükafatlandırma mərasimində müğənni Röya Ayxan “Azərbaycanın ən parlaq ulduzu” seçilib.
Yenicag.az xəbər verir ki, bu mükafat uğrunda əməkdar artistilə digər azərbaycanlı müğənnilər Nigar Camal və Miri Yusif yarışıblar.
Qeyd edək ki, “Altın kelebek” Türkiyənin “Oskar”ı hesab olunur.