Röyadan İNANILMAZ ETİRAF: “Buna görə anamla üç ay küsülü qaldıq”

Xalq artisti Röya Ayxan anası ilə üç ay küsülü qaldığını etiraf edib.

Yenicag.az xəbər verir ki, müğənni bunun səbəbini açıqlayıb:

“Özümü hər kəsin yerinə qoymağı bacarıram və hər kəsin əziyyətini dəyərləndirirəm. Hətta uşağımın dayəsinə görə anamla üç ay küsülü qaldıq. Çünki onu ağlatmışdı. Dedim, sən onu ağlada bilməzsən, o mənim uşağıma baxır. Deyə də bilməzsən ki, ona nə qədər pul ödəyirik. Heç bir pul onun on il uşağıma verdiyi həyatı ödəyə bilməz. Mən özüm oğlumla bir saat qala bilmirəm, bir saat yarım qalsam onu öldürərəm. Amma o adam buna görə on ilini verib”.

Röya bu sözləri AzTV-nin “Sözüm var” verilişində söyləyib.

Nehru