ARB TV-nin “Səhər-səhər” verilişində əməkdar artist Aygün Bəylərin əməkdar artist Röya Ayxanı sənətkar saymaması və onun bostanını daşlaması müğənninin yaxın dostu, keçmiş prodüseri Kənan Bayramovun qəzəbinə tuş gəlib.
Yenicag.az-a açıqlama verən K. Bayramov A. Bəylərin 3 il əvvəl də belə “səhv etdiyini” xatırladıb:
“Aygün Bəylər o vaxt da Roya xanımın dinləyiciləri barədə “səviyyəsiz” ifadəsini işlətmişdi. Mən həmin vaxt onun cavabını verdim. Sonradan özü telefonla məni yığdı və and-aman etdi ki, elə söz deməmişəm. Söhbət radiolardan birində olmuşdu. Aygün həmin vaxt aparıcı ilə qırğına çıxdı. O da lent yazısını ortaya çıxartdı və sübut etdi ki, həqiqətən də Aygün o sözləri deyib. İndi yenə də Röyanın əleyhinə danışmağa başlayıb. Röyanın müdafiəyə ehtiyacı yoxdur. Onun sənəti göz önündədir. Röya Heydər Əliyev sarayında 4 gün canlı ifayla konsert verdi. Get sən də oxu, gör 4 gün canlı oxuya bilərsənmi? Sadəcə olaraq, Röyanı gözügötürməyənlər çoxdur. Hamısı paxıllıqdandır. Onun Türkiyədə “Altın kələbək mükafatı” almağı çoxlarının gözünə batır”.
Cəvahir