Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Röyaya SƏRT SÖZLƏR: “Həm məşuqu, həm də məşuqəsi var” - VİDEO

Tanınmış jurnalist Sara Safuranın “xanım müğənnilərin 90 faizinin məşuqu var, bilirəm onları hansı məmurlar saxlayır” ifadəsi xanım sənətçilər tərəfindən birmənalı qarşılanmayıb.

Yenicag.az xəbər verir ki, əməkdar artist Röya da susmayıb. O, qarşı tərəfin ünvanına qəzəbini belə ifadə edib: “Şokdayam, bu nə danışıqdır? Qadın qadını necə belə əzə bilər? Nə yaxşı ki, vaxtında uzaqlaşdım. Görün, bizim sənəti nə qədər alçaq tutur. Adama deyərlər ki, sən haradan bilirsən, ay anam, ay babam?”

Sara Safura Röyanı cavabsız qoymayıb. Yenicag.az-a açıqlama verən jurnalist daha da sərt danışıb:

“Bakı balaca şəhərdir, kim nə iş görür, hamı yaxşı bilir. Elə sən Röya özün də şou aləmində baş verənləri yaxşı bilirsən. Mən müsahibəmdə məşuq yox, məşuqə demişəm. Düz də demişəm. Şou aləmdə olan xanım müğənnilərin əksəriyyətinin həm məşuqu, həm də məşuqəsi var. Bunu onlar özləri mətbuata sızdırır. Bilirəm, hansı müğənnidən hansı məmurun qoxusu gəlir”.

Qeyd edək ki, tanınmış jurnalist Sara Safura Yenicag.az- müsahibə verərək, xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan qalmaqalına münasibət bildirib. O söhbət əsnasında xanım müğənnilərin 90 faizinin məşuqu olduğunu iddia edib.

Cəvahir

www.yenicag.az

3295
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM