!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8907/2018 saylı aktının icrası

!Reklam – Yazi

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Fərəcov Aqil Ələsgər oğluna və rəhbərlik etdiyi “Yeni Çağ” Xəbər Portalına qarşı çıxardğı 2(103)-8907/2018 saylı aktına əsasən

Təkzib

“Yeniçağ”.az saytında Roza Zərgərlinin “əri”ni aldadır başlıqlı məqalədə “Maraqlıdır ki, müğənni xanım hər dəfə həyat yoldaşından bəhs etsə də, onun kimliyini mətbuatdan gizlədir. Yenicag.az-ın məsələ ilə bağlı araşdırması zamanı şok təfərrüatlar ortaya çıxıb. Məlum olub ki, hazırda Zərgərlinin rəsmi nigahı yoxdur. Onun “ərim“ dediyi şəxs isə, sadəcə, müğənninin PR işlərinə, eləcə də yaradıcılığına xərclənən pulları təmin edən şəxsdir. Buna şou-biznes aləmində “sponsor“, el dilində isə “saxlayanı“ deyirlər. Əldə etdiyimiz məlumata görə, bu şəxs sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun kadrlarından, ölkədə məşhurluğu ilə tanınan icra başçılarından birinin kürəkənidir. Bundan başqa araşdırmalarımız zamanı məlum olub ki, xeyriyyə tədbirləri keçirtməklə də gündəmə gələn Roza xanıma bu işdə məhz icra başçısının kürəkəni kömək edir. Bu səbəbdən də Roza Zərgərli reklama hesablanan xeyriyyə tədbirlərini məhz həmin “sponsor“un yaxını olan Qətibə Əsədovanın rəhbərlik etdiyi müəssisələrə salır. Ancaq o da iddia olunur ki, R.Zərgərlinin iki “adaxlı“sı var. Belə ki, icra başçısının kürəkənindən maddi dəstək görsə də, könlünü başqa birinə “verib“. Hazırda məhkəmə qalmaqalına başı qarışan “ikinci adaxlı“ ilə bağlı “birinci adaxlı“ yalnız ona danışılan şirin nağılları bilir. Bəlkə də yaxında o oğlanın “qayınatası“ olacağını düşünür.” məlumatlar həqiqətə uyğun olmadığı, həmin saytda və digər saytlarda Allahverdiyeva Roza Zərgər qızının baş hissəsi əks edələn fotoşəkillər fotomontaj olduğu və həqiqətə uyğun olmadığı, həmin məlumatlar və fotoşəkillər Allahverdiyeva Roza Zərgər qızının şərəf və ləyaqətini ləkələdiyi üçün onları təkzib edirik. Məhkəmənin bu barədə çıxardığı qərarı icra edərək, Allahverdiyeva Roza Zərgər qızından onun barəsində yalan məlumatlar yaydığımıza görə üzür istəyirik.

Fərəcov Aqil Ələsgər oğlu

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv