“Neftçi” “Qalatasaray”la qarşılaşacaq

“Neftçi”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, flaqman bu raundda Türkiyənin “Qalatasaray” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. “Neftçi” I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkupi”ni mübarizədən kənarlaşdırıb – 2:1.