Rusiya sülhməramlı kontingentinin (RSK) hərbi qulluqçuları Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli əhalisi üçün humanitar yüklərin çatdırılmasını təmin ediblər.
Yenicag.az xəbər verir ki, bu barədə görüntülər RSK-nın “Telegram” kanalında paylaşılıb.
Qeyd olunub ki, Rusiya sülhməramlıları tərəfindən Xankəndi şəhərinə ümumilikdə 50 tondan çox yük, o cümlədən qida məhsulları və gigiyenik dəstlər, o cümlədən ilkin tələbat predmetləri çatdırılıb.