Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rublun möhkəmlənməsi Azərbaycanın valyuta bazarına dolayı təsir göstərəcək

Qonşu Rusiya iqtisadiyyatın dedollarizasiyasına hazırlaşır. Belə vəziyyətdə rublun möhkəmlənməsi gözlənilir. Bu vəziyyət Azərbaycan maliyyə bazarlarına hansı təsirləri göstərə bilər?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Yeniçağ.az-a verdiyi açıqlamasında bildirdi ki, rublun möhkəmlənməsinin Azərbaycanın valyuta bazarına ancaq dolayı təsirləri olacaq:

“Dedollarizasiya prosesi dolların milli valyutaya tələbinin artırılması deməkdir. Əvvəlki dövrlərdə alınan dolların müxtəlif, eləcə də təşviq yolu ilə bazara çıxarılmasını nəzərdə tutur. O, baxımdan dedollarizasiya baş verərsə, əlbəttə ki, bu, Rusiya rublunun müəyyən qədər möhkəmlənməsinə gətirib çıxaracaq. Amma indiki məqamda güman etmirəm ki, dedollarizasiya yolu ilə rus rublunun kəskin şəkildə möhkəmlənməsinə nail olmaq mümkündür. Çünki Rusiyaya yönələn sanksiyalar qüvvədə qalır, neftin dünya bazarında qiyməti hələ də yüksək deyil. Lakin Rusiya idxalı məhdudlaşdırarsa, eyni zamanda neftin dünya bazarındakı qiymətində müəyyən tarazlıq formalaşarsa, nəticədə proses rublun daha böyük faizlə möhkəmlənməsinə gətirib çıxara bilər. Lakin bütün hallarda düşünmürəm ki, Rusiyada baş verən dedollarizasiya prosesinin Azərbaycanın maliyyə bazarına ciddi təsirləri olsun. Hansısa bir ciddi təsirlərin olacağını proqnozlaşdırmıram.

Rubl kəskin möhkəmlənərsə, proses Azərbaycanın valyuta bazarına ancaq dolayı olaraq təsir göstərəcək. Yəni Rusiya valyuta bazarındakı dəyişikliklərin Azərbaycan valyuta bazarına psixoloji təsirləri var. Manatın məzənnəsinin artıq praktik olaraq müəyyən intervalda dəyişdiyini nəzərə alsaq, indiki məqamda güman etmirəm ki, Rusiyada rublun möhkəmlənməsi Azərbaycanın valyuta bazarına birbaşa təsir göstərsin. Dolayı təsirlər isə vardır və bu sayaq təsirlər çoxdur.

Amma bu, manatın məzənnəsinə birbaşa təsir göstərməyəcək. Rusiyada rublun möhkəmlənməsi dolayı yolla Azərbaycanın kənd təsərrüfatı sahəsindəki proseslərə təsir göstərə biləcək. Çünki Azərbaycanın kənd təsərrüfatı ixracatının təxminən 90 faizi Rusiyanın payına düşür. Rubl möhkəmləndikcə də bu ixrac imkanları artır. Rublun möhkəmlənməsi Rusiyaya aqrar məhsul göndərən fermer və sahibkarlar üçün əhəmiyyətlidir. Eyni zamanda Rusiya mallarının bahalaşması ora gələn xarici məhsulların ucuzlaşmasına səbəb olur. O baxımdan rubl möhkəmlənərsə, nəticə etibarı ilə Azərbaycandan şimal ölkəsinə göndərilən kənd təsərrüfatı məhsullarının həcminin artmasına səbəb ola bilər”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

471
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100