Rüfət Axundovun maşını cərimə meydançasına aparıldı

Bu gün Mərdəkan istiqamətində hərəkətdə olan müğənni Rüfət Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, avtomobili 127 km/saatla sürüb. Müğənni bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Bakı şəhər DYPİ-dən Yenicag.az-a bildirilib ki, R.Axundovun idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və müvəqqəti mühafizə olun duracağa yerləşdirilib.

Qeyd olunub ki, toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.