Efir qadağası ilə cəzalandırılan müğənni Rüfət Axundov canlı yayıma çıxıb.
Yenicag.az məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət edib.
Qurumun Aparat rəhbəri Asəf Hacıyev saytımıza açıqlamasında Rüfətin artıq verilişdən uzaqlaşdırıldığını deyib: “MTRŞ televiziyalara qadağa qoyulması ilə bağlı tövsiyə verir. Orada da müddət göstərilməyib. Bir müddət nəzərdə tutulub. Mən də səhər Rüfəti verilişdə gördüm. Dərhal Xəzər Televiziyasının rəhbərliyi ilə danışdıq. Məsələyə aydınlıq gətirildi. Rüfət dərhal verilişdən kənarlaşdırıldı”.
Cəvahir