Rüfət Əhmədov “Turan Tovuz”da çıxış edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanılıb. “Qəbələ”nin yetirməsi olan Rüfət son mövsümü icarə əsasında “Kəpəz”də keçirib. Müdafiənin hər iki cinahında oyanayan futbolçu 21 yaşlılardan ibarət Azərbaycan milli komandasında çıxış edir. O, 8 dəfə yığmanın formasının geyinib.