“Qohum-əqrəbam özü bilər, amma yaxınlarımdan xahiş etmişəm ki, məni məişət problemləri ilə narahat etməsinlər”.
Yenicag.az xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu efirdə deyib.
Sənətçi yalnız bir halda doğmalarına kömək edəcəyini bildirib:
“Yaxınlarıma və dostlarıma da deyirəm, bir problem pulla həll olunursa, gedin, özünüz həll edin. Pulla həll olunmayan, xahişlə həll olunası problemləriniz olanda mənə deyin. O zaman kimə lazımdırsa, gedim, xahiş edim. Qalan məsələlərinizi mənə deməyin”.
Nehru