Rufiz QONAQOV: Azərbaycan geosiyasətini elmə təqdim edən fundamental əsər

11402769_846473828776540_6632711358932199075_nAzərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi əlaqələr şöbəsinin müdiri, tarix elmləri doktoru,  professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” adlanan fundamental tədqiqat əsərinin elmi dəyərləri 

Rufiz QONAQOV

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq

Geosiyasət daha çox regionları əhatə edir, eləcə də geosiyasi regionlar arasında “geosiyasi zolaqlar” da formalaşa bilir. Məsələn, Azərbaycan həm Qafqaz geosiyasi regionunun elementidir (mərkəzləşdirici subyekt kimi), həm də Avropa ilə Asiya arasındakı “geosiyasi zolağın” komponentidir (birləşdirici subyekt kimi).    Digər dövlətlərlə əlaqələr geosiyasətin formalaşması proseslərini  təbii olaraq şərtləndirir. Qarşılıqlı təsirlər fonunda dövlətlərin geosiyasi gücləri yaranır. Dövlətin ümumən geosiyasi gücü onun daxili və beynəlxalq gücünə söykənir. Daxili gücü onungeosiyasi nüvəsini təşkil edir. Geosiyasi məkanı mərkəzdən ətraflara doğru genişləndirir. Böyük dövlətlərin başqa regionlarda geosiyasi maraqlarının genişlənməsi də həmin dövlətlərin geosiyasi (beynəlxalq münasibətlər üzrə) nüvələrini meydana gətirir. Buradan da xarici siyasətin şəbəkələşmiş mərkəzləri formalaşmış olur. Burada dövlətin daxili siyasəti xarici siyasətini, xarici siyasəti də öz növbəsində daxili siyasətini  tamamlayır. Tamamlama sayəsində dövlətin daxildən xaricinə doğru və əksinə istiqamətdə geosiyasi maraqları meydana gəlir və geosiyasi maraqların sferası onu təşkil edən elementlərin  hərəkət sferasının formalaşmasına  səbəb olur.

Dövlət digər dövlətin geosiyasi məkanına (burada geosiyasi məkan həm dövlətdaxili məkan, həm də dövlət sərhədlərinin kənarındakı dövlət maraqlarının əks olunduğu məkanlar aid oluna bilər) daxil olur.  Bu istiqmat baza olaraq  iki hissədən ibarət olur: birincisi, dövlət özünün milli vasitələri ilə başqa dövlətin geosiyasi məkanına -ölkədaxili məkanına daxil olur, təsir edir (hətta bir çox hallarda geosiyasi“eksterritoriallıq”  yaranır, yəni, başqa ərazilərdə  imtiyaz və immunitetlər daha çox olur); ikincisi, öz ərazisində digər dövlətin mövcud olduğu məkan (xarici ölkələrin resurslarının yaratdığı məkan nəzərdə tutulur)  üzrə təsir edir. Öz məkanında yerləşən digər dövlətin geosiyasi maraqları üzərində təsirlər etməyə çalışır. Dövlətlər həmçinin üçüncü və ya dördüncü dövlətlərin ərazilərində də təsirlər etməyə çalışırlar. Bu baxımdan da geosiyasətin təsir şəbəkəsi meydana gəlir. Bu təsir şəbəkəsi dövlətləri beynəlxalq münasibətlərin fərqli fəal üzvlərinə çevirir və eləcə də yaylı formalı münasibətləri meydana gətirir. Yaylı (tarazlı) münasibətlər və əlaqələr inkişafa və təhlükəsizliyə, sülh və sabitliyə xidmət edir.  Fərqli güclərə görə geosiyasət amili dünyanın piramidal idarəetməsi formasını meydana gətirir.

Azərbaycan da dünyanın digər dövlətləri kimi geosiyasətin aktiv üzvlərindən biridir. Azərbaycanın geosiyasəti özünün təkamül və inkişaf mərhələsini yaşayıb və bu gün də həmin proseslər davam etməkdədir. Ölkənin  XX əsrin sonlarını əhatə edən   geosiyasətinin formalaşmasının başlanğıcı  müstəqillik qazandıqdan sonra qoyulub. Xarici siyasətin ilkin aktları, bu baxımdan ölkə müstəqilliyinin defacto və dejure (SSRİ-dən ayrıldığı faktiki əraziləri üzrə hüquqi baxımdan )  tanınması və  dövlətlərarası diplomatik münasibətlər, sahələr üzrə  əlaqələrin  qurulması  geosiyasətin başlanğıcı üçün əsasları meydana gətirmiş oldu. Sonrakı mərhələlərdə (1994-cü ildən başlayaraq) isə xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb olunması və çoxsahəli əlaqələr, o cümlədən geosiyasət elementlərinin sayının çoxalması məhz geosiyasi mühitin inkişafında növbəti  mərhələni meydana gətirdi. Ölkənin yerləşdiyi məkan və məkan üzərindəki strukturlar və elementlər geosiyasi mühitin əsaslarını təşkil etməyə başladı. Dövlətin daxilən güclənməsi, onun iqtisadi və siyasi strukturlarının inkişafı geosiyasi nüvənin əsaslarını zənginləşdirdi. Azərbaycan regionda radiuslu dalğalar üzrə öz geosiyasi məkanını böyütməyə başladı. Bu proseslər artıq XXI əsrin başlanğıcından bu yana baş verməkdədir.

Bu baxımdan dəyərli tədqiqatçı, professor  Əli Həsənovun 2015-ci ildə işıq üzü görmüş “Azərbaycanın geosiyasəti” adlı əsəri də xüsusi elmi-fundamental əhəmiyyətə malikdir.

 

Əsərin “Azərbaycanın geosiyasi inkişaf tarixi və xarakteristikası, müasir milli inkişaf siyasətinin əsasları” adlanan I bölməsində   Azərbaycanın ayrı-ayrı mərhələlər və dövrlər üzrə  geosiyasi inkişaf tarixi, həmçinin müasir inkişaf siyasəti, onun xarakteristikası, parametrləri,  xarici siyasətin  əsas vəzifələri və tələbləri, eləcə də ölkəmizin müasir geosiyasi statusu ilə bağlı məsələlər elmi araşdırmalar predmetinə çevrilmişdir.

Əsər Azərbaycanın qədim zamanlarda  geosiyasi statusunun formalaşmasının elmi əsaslarının yığcam təhlili  ilə başlayır.  Birinci Dünya müharibəsinə qədərki geosiyasi vəziyyəti konkret faktlar, bu baxımdan cərəyan edən  siyasi hadisələr əsasında elmi təhlillər süzgəcindən keçirilmişdir. Belə qənaətə gəlinir ki, qədim Azərbaycan dövlətlərinin xarici siyasətlərinin formalaşması əsasları onların artıq subyektlər kimi mövcudluqlarından irəli gəlmişdir. Burada artıq tarixi ardıcıllıq əsasında Azərbaycanın dəyişən və artan geosiyasi vəziyyətləri təhlil obyektinə çevrilir. Orta əsrlərin geosiyasi xarakteristikası verilir və ölkənin regionun əsas oyunçularının –Rusiya, İran, Türkiyə (Osmanlı imperiyası)nin rəqabət obyektinə çevrilməsinin əsasları şərh olunur. Burada professor Əli Həsənov Azərbaycanı regional strateji subyekt kimi təhlil obyektinə cəlb edir və ölkənin böyük dövlətlərin maraqlarını cəzb  edən obyekt kimi parametrlərini əks etdirir. Bununla da tarixi aspektdən  geosiyasi  bütövlüyü ortaya qoya bilir. Tədqiatçı siyasi  prosesləri Birinci Dünya müharibəsinə qədər zaman kriteriyası ilə bağlayır, həmçinin siyasi nəticələr ardıcıllığını da kompleksləşdirir. Bununla da tarixi dövrlərin birləşmiş geosiyasətini elmi baxımdan açır.

328326_1         XX əsrin əvvəllərində Cənubi Qafqazın geosiyasi mühitinin formalaşması cəhətləri elmin predmetinə çevrilir. Burada Azərbaycanın müstəqillik qazanması və müstəqil geosiyasət subyektinə çevrilməsinin tarixi-siyasi əsasları şərh olunur. ADR-in xarici siyasəti, diplomatik manevrləri və uğursuzluqları elmin tələbləri ilə  analiz edilir.

Əsərin  Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətlərinə həsr edilmiş ikinci bölməsi daha çox  Avrasiyanın ümumi geosiyasi xarakteristikası və müasir vəziyyətinin  təhlili ilə səciyyələnir.  Avrasiyanın planetar və regional geosiyasi vəziyyətinə təsir göstərən fərqli maraqlar sistemi, transmilli, regional və milli hədəflər göstərilir.  ABŞ-ın, Türkiyənin, Rusiyanın, Avropa İttifaqının  və digər aparıcı dünya dövlətlərinin və birliklərinin  Avrasiya siyasəti və Azərbaycanla geosiyasi münasibətlərinin xarakteristikası verilir. Bu bölmədə Avrasiyanın ümumi geosiyasi müstəvisinin formalaşması komponentləri və onların qarşılıqlı strukturunun əsasları elmin obyektinə çevrilir.

Ümumiyyətlə, professor Əli Həsənovun əsərlərində bu kimi məsələlər, geosiyasi aspektlər tədqiqat üçün   obyekt və predmet mövzusunu təşkil edir:

-SSRİ-nin dağılmasından sonrakı dövrdə Avrasiyada baş verən  geosiyasi prosesləri,  MDB-nin yaradılması və bu qurum daxilində baş verən iqtisadi, siyasi, mədəni inteqrasiya prosesləri;

-Böyük dövlətlərin XX sərdə Avrasiyada formalaşan yeni maraqlarının əsasları;

-Avrasiyanın yeni geosiyasi mühitinin meydana gəlməsi və yeni iqtisadi, siyasi subyektlərin maraqlarının formalaşması istiqamətləri;

-Avrasiya geosiyasətinin yeni parametrləri və materikin regionları, xüsusilə, Xəzər, Qara dəniz və Cənubi Qafqaz üzrə yeni geosiyasi mühitin formalaşması;

-Avrasiyanın geosiyasi müstəvisinin yeni kompleks tərkibi;

-Avrasiyanın geosiyasi mühtini formalaşdıran komponentlərin yeni axarı;

-Avrasiyanın geosiyasi mühitində ABŞ kimi nəhəng dövlətin maraqlarının formalaşması əsasları və yeni müstəqil siyasi regionlarla bu dövlətin yeni maraqlarının formalaşması istiqamətləri;

-Avrasiyada meydana gələn yeni bloklaşmalar və yeni regionların hərbi-siyasi və iqtisadi  parametlər üzrə geosiyasi statuslarının formalaşması;

-Avrasiyanın təhlükəsizlik sistemi;

-Avro-Atlantika təhlükəsizlik sistemi və Avrasiya subyektləri ilə əlaqələrin, əməkdaşlığın, inteqrasiyanın əsasları;

-Avro-Asiya qovşağında yeni təhlükəsizliyin meydana gəlməsi əsasları;

-Avrasiyada münaqişələr, o cümlədən Ukrayna böhranının səbəbləri və böyük dövlətlərin maraqları kontekstindən izah olunması;

-Xəzər və Qara dəniz regionlarının yeni enerji potensialı mərkəzləri kimi əhəmiyyət kəsb etməsi və bu regionların ABŞ kimi böyük dövlətin diqqətini cəlb etməsi;

-Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən müstəqilliyin ilk illərində  ölkənin praqmatik və milli təhlükəsizliyə xidmət edən xarici siyasətinin formalaşması istiqamətləri;

-Azərbaycanın Avro-Asiya qovşağında yeni bir birləşdirici qovşaq rolunu oynamasının əsasları;

-Azərbaycanın Avropanın enerji məhsulu ilə təmin olunmasında mühüm potensiala malik olması və eləcə də tranzit mövqeyinin əsasları;

-Cənubi Qafqazın və Xəzərin  enerji ehtiyatlarının Cənubi Qafqaz boru kəmərləri vasitəsilə dünya bazarına çıxarılmasının əsasları;

-Ölkənin neft diplomatiyasının müasir tarixi mərhələlərinn əsas istiqamətləri;

-Xəzərin enerji ehtiyatlarının təhlükəsiz şəraitdə tranziti üçün Azərbaycanın əlverişli coğrafi-siyasi və tranzit mövqeyi;

-Azərbaycanın dünyanın aparıcı dövlətlərinin geosiyasi oyunlarında özünün milli təhlükəsizliyini təmin etməsinin əsasları;

-Azərbaycanın regionda beynəlxalq tarazlaşdırma siyasətinin parametrləri və ölkənin geosiyasi təhlükəsizliyi üçün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən  praqmatik xarici siyasətin müəyyən olunması və xarici siyasətin əsas istiqamətləri;

-Ölkənin xarici siyasətinin onun daxili siyasətlə tamamlanmasının əsas tələbləri və kriteriyalari;

-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin baş verməsinin geosiyasi səbəbləri və münaqişənin həlli diplomatiyasının əsasları;

-Münaqişədən böyük dövlətlərin öz maraqları üçün istifadə etməsi və beynəlxalq ədalətin heçə enməsi;

-Münaqişənin həllində beynəlxalq hüququn nəzəri əsasları və praktik olaraq qeyri-tətbiqi və güc diplomatiasının əsas istiqamətləri və digər siyasi proseslər

 

Əsər bu kriteriyalara görə fundamental elmi əhəmiyyətə malikdir:

 

-əsərin yüksək səviyyədə ortaya çıxmasında müəllif tərəfindən fəlsəfi-elmi-məntiqi metodlardan yüksək səviyyədə istifadə olunması;

-tarixdə baş vermiş siyasi proseslərin analizi zamanı müəllif tərəfindən deduktiv və induktiv metodlardan peşəkarlıqla istifadə olunması və nəticə etibarilə əsərin sistemli və geniş strukturlu bitkin bir nəticəyə çevrilməsi;

-əsərin ümumməzmun və nəticə etibarilə Azərbaycanın geosiyasət fəlsəfəsini yaratması;

-tarixdə baş verən siyasi hadisələrin geosiyasət elminin tələbləri əsasında təhlil obyektinə çevrilməsi və yüksək elmi qənaətlərin əldə olunması;

-regionda qədim zamanlardan bu yana  Azərbaycan dövlətinin formalaşmasının tarixi-siyasi zərurətlərinin regionun beynəlxalq münasibətlər müstəvisində elmi-nəzəri baxımdan üzərə çıxarılması;

-Azərbaycan dövlətinin tarixi ardıcıllıq zamanı ilə təşəkkülünün elmi əsasları  və onun digər region dövlətləri ilə əlaqələrinin coğrafi və siyasi parametrlər baxımından təhlli;

-Azərbaycan dövlətinin regionda tarixin müxtəlif vaxtlarında geosiyasət subyektinə çevrilməsinin əsaslarının elmi-sistemli qaydada nəzəri baxımından təhlil obyektinə çevrilməsi və analizlər sayəsində müvafiq elmi nəticələrin əldə edilməsi;

-Azərbaycanın geosiyasi vəziyyətinin tarixi dövrlər üzrə müqayisəli əsasda təhlil obyektinə çevrilməsi-geosiyasətin tarixi mərhələlərlə formalaşmasının əsaslarının elmi parametrlərlə analiz olunması;

-Azərbaycanın regionun geosiyasət subyektinə çevrilməsinin tarixi-siyasi və iqtisadi kriteriyalarının sistemli olaraq sintez olunması və müvafiq nəticələrin əldə edilməsi;

-Azərbaycanın regionun böyük (Rusiya, Türkiyə, İran, Ərəb xilafəti) dövlətlərinin tarixi maraq mübarizəsi obyektinə çevrilməsinin elmi –nəzəri əsaslarının predmetli qaydada izah olunması;

-Azərbaycanın müstəqillik qazandıqdan sonra özünün geoiqtisadi və geosiyasi potensialını daxilən gücləndirməsi və bu potensialın dünyanın digər dövlətləri ilə maraq mübarizəsində səmərəli istifadəsinin əsaslarının yüksək  elmi təhlili;

-Dünyanın aparıcı beynəlxalq təşkilatları ilə qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq şəraitində ölkənin özünün geosiyasətinin getdikcə gücləndirilməsinin elmi əsasları;

-tarixi hadisələrin geosiyasi parametrlər üzrə zamana müvafiq qaydada geosiyasəti formalaşdırmasının geniş əsasalarla elmi obyektə cəlb olunması və digər amillər

Sadalanan elmi mülahizələri nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” adlanan  fundamental elmi əsəri öz bitkin fəlsəfi və ümumiləşdirilmiş elmi əsaslarına görə, eyni zamanda Azərbaycanın geosiyasət tarixini özündə əks etdirən dəyərli elmi əsər olduğundan  Azərbaycan dövlətinin mükafatına layiq görülə bilər.

Strategiya.az