İran prezidenti Həsən Ruhani ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığında Ruhani ABŞ-ın Tehrana qarşı tətbiq edtdiyi iqtisadi sanksiyaları “terror aktı” kimi qiymətləndirib.
“Bu iqtisadi müharibənin davamı regionda və dünyada digər təhlükələrə səbəb ola bilər”, deyə İran prezidenti vurğulayıb.
İyunun 24-də ABŞ prezidenti Donald Tramp İran lideri Ayətullah Əli Xamneyini də nəzərdə tutan İrana qarşı yeni sanksiyalara dair prezident fərmanını imzalayıb./Report/