!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ruhani İrəvana gedir, bəs QMİ niyə susur? – Politoloq rəyi

!Reklam – Yazi

ruhanisarkisyanPolitoloq İran prezidenti Həsən Ruhaninin İrəvana gözlənilən səfərinə Azərbaycandan reaksiya verilməməsindən danışıb.

Yeniçağ.Az xəbər verir ki, politoloq Elxan Şahinoğlu İran prezidenti Həsən Ruhaninin dekabrın 21-də İrəvana baş tutacaq səfərinə etiraz bildirilməsinin vacibliyini deyib:

“İran prezidenti Həsən Ruhaninin dekabrın 21-də Ermənistana səfər edəcəyi xəbəri təsdiqlənib. Həsən Ruhani İrəvanda ermənistanlı həmkarı Serj Sərkisyanla bir neçə əməkdaşlıq sənədi imzalayacaq. İki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək. İsrailin baş naziri Benyamin Netanyahu bir neçə gün öncə Bakıya gələndə İran rəsmiləri və din xadimləri hay-həşir saldılar, “müsəlman torpaqlarını işğal edən, müsəlmanları qətlə yetirən şəxs Azərbaycana getməməlidir” kimi şüarlar irəli sürdülər. Elxan Şahinoğlu ile ilgili görsel sonucuİranın dini liderinin Ərdəbildəki nümayəndəsi isə daha irəli gedərək, Azərbaycan Respublikasının əhalisini Netahyahunun səfərinə etiraz etməyə çağırdı.

Bəs bizimkilər niyə surur? Qafqaz Müsəlmanları İdarəsinin ya rəhbəri, ya da müavinlərindən biri Həsən Ruhaninin İrəvana səfərinə elə iranlı din xadimlərinin eyni şüarı ilə etiraz etməlidir:

“İran prezidenti müsəlman torpaqlarını işğal edən, müsəlmanları qətlə yetirən və məscidləri dağıdan ölkəyə səfər etməməlidir”. Cəsarətli olun yerli axundlarımız! Sizlərdən biri bu həftəki Cümə namazında İran prezidentinin işğalçı Ermənistana səfərini tənqid etsin!”

Araz Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

746
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv