Ruhani: Səudiyyəylə əlaqələrimizi yaxşılaşdıra bilərik

İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanına qarşı gözlənilməz təkliflə çıxış edib.

Yenicag.az xəbər verir ki, İsrail başda Səudiyyə Ərəbistanı olmaqla, “mülayim İslam” yolunu seçən ərəbləri öz tərəfinə çəkməyə çalışır. İran isə belə bir şəraitdə Riyadla münasibətləri yaxşılaşdırmağı ən yaxşı yol kimi görür. Səudiyyə Ərəbistanı ilə İranın heç bir problemi olmadığını bildirən Həsən Ruhani Səudiyyənin qarşısına iki şərt qoyub. O, bildirib ki, Səudiyyə Ərəbistanı Yəmənə qarşı bombardman təşkil etməzsə və İsraillə əlaqələrini kəsərsə, İran addım atmağa hazırdır:

“Əlaqələrimizi yenidən və daha yaxşı qura bilərik. Ancaq gərək ilk addımı onlar atsın”.

Qeyd edək ki, gözlənilməz bəyanatla çıxış edən Ruhani sabah İstanbula rəsmi səfər edəcək.

COP29