!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ruhani xalqa müraciət edib

!Reklam – Yazi

İranın yeni seçilmiş prezidenti Həsən Ruhani televiziya vasitəsi ilə xalqa müraciət edib.

Yenicag.Az-ın “APA”ya istinadən verdiyi məlumatına görə, H.Ruhani müraciətində xalqın etimadını doğrultmaq üçün səylərini əsirgəməyəcəyini vəd edib.

“Sizin 41 milyondan çox verdiyiniz səs İran üçün inkişaf və tərəqqi yolunu açdı. Siz dünən bizi keçmişə qaytarmaq və dayandırmaq istəyən bütün şəxslərə “yox” dediniz və zamanı qabağa çəkdiniz”, – deyə H.Ruhani qeyd edib.

İran prezidenti İran xalqının seçkilərdə gələcək yolunu seçdiyini bildirərək, hamını xalqın istəyi və qərarına hörmətlə yanaşmağa çağırıb: “İran xalqının hər bir fərdinə, hətta mənə və siyasətimə müxalif olan şəxslərin yardımına belə ehtiyacım var. Mən öz yardım və dostluq əlimi səmimi olaraq İran xalqına, bütün partiyalara, cinahlara və xalqın müxtəlif təbəqələrinə uzadıram. Mən demokratiya və qanunun aliliyini əsas tutaraq, müxaliflərimə və onların hökuməti tənqid etmə hüquqlarına hörmətlə yanaşıram”.

H.Ruhani əlavə edib ki, İran xalqı dünya ictimaiyyəti ilə sülh və dostluq şəraitində yaşamaq istəyir. “Lakin eyni zamanda, heç bir təhqir və hədəni də qəbul etmir. Bu İran xalqının mesajıdır və bütün dövlətlər, qonşular və xüsusi ilə böyük güclərin bunu düzgün anlamasını istəyirik”.

Yenicag.Az

www.yenicag.az

821
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv