Ruhanidən 176 nəfərin ölməsi ilə bağlı AÇIQLAMA: “Qəzada əli olanlar məsuliyyətə cəlb olunacaqlar”

İran “Boeing 737-800” təyyarəsinin qəzaya uğramasının səbəbini açıqlayıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna təyyarə təsadüfən vurulub və bu qəsdən edilməyib.

Məlumata görə, İran hakimiyyəti qəzanın səbəbini insan amili ilə əlaqələndirərək insan səhvi olduğunu açıqlayıb.

İran Prezidenti Həsən Ruhani Tehranda qəzaya uğrayan təyyarənin vurulmasında əli olan günahkarları məsuliyyətə cəlb edəcəyinə söz verib.

Qeyd edib ki, bu “böyük faciə” və “bağışlanılmaz səhv”in şərtləri açıqlanmayana qədər istintaqın davam edəcəyini bildirib.

İrаnın Xаrici İşlər Nаzirliyinin başçısı Məhəmməd Cavad Zərif özünün “Twitter”dəki səhifəsində qeyd edib ki:

“Kədərli gün. Silahlı Qüvvələrin daxili araşdırmasının ilkin nəticələrinə əsasən ABŞ-ın avantürizmi ilə təxribat edilmiş böhran dövründə insan səhvi qəzaya gətirib çıxardı”, – deyə nazir bildirib.

Xatırladaq ki, çərşənbə günü Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından qalxaraq Kiyev şəhərinə istiqamət götürən “Ukrayna Benyəlxalq Hava Yolları”na məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi bir az sonra vurulmuş, nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 176 sərnişin həlak olmuşdu.

COP29