!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ruhanidən xəbərdarlıq: "Bölgəmizi silah yarışına çevirməsinlər"

!Reklam – Yazi

“ABŞ Körfəzə qoşun yerləşdirəcəyi halda xarici qüvvələr bizim insanlar və regionumuz üçün problemlər yarada bilər”.

Yenicag.az-ın BBC-yə istinadla verdiyi xəbərə görə, bu barədə İran Prezidenti Həsən Ruhani 1980-1988-ci illərin İran-İraq müharibəsinin başlaması ildönümü ilə bağlı Tehranda keçirilən hərbi paradda çıxışı zamanı bildirib.

O diqqətə çatdırıb ki, xarici qüvvələr bu bölgəyə həmişə “ağrı və səfalət gətirib” və “silah yarışında” onlardan istifadə olunmamalıdılr.

Ruhani İranın BMT-də Körfəzə dair yeni sülh təşəbbüsünü təqdim ediləcəyini də söyləyib.

İran prezidenti xarici qüvvələrə bölgədən “uzaq durmağı” məsləhət görüb: “Əgər səmimidirlərsə, o zaman bölgəmizi silah yarışına çevirməsinlər … Bölgəmizdən və ölkələrimizdən nə qədər uzaq olsanız, bu bölgə o qədər təhlükəsiz olar”./Apa/

www.yenicag.az

6117
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv