Bu gün İran parlamentinin binasında Həsən Ruhaninin andiçmə mərasimi keçirilib.
Yenicag.Az-ın xarici KİV-inə istinadən verdiyi məlumatına görə, andiçmə mərasimində 92 ölkədən 1200 qonaq iştirak edib.
Tədbirin rəsmi hissəsi İran prezidentinin çıxışı və and mətninin imzalanması ilə başa çatıb.
Xatırladaq ki, İranda prezident seçkiləri mayın 19-da keçirilib. Rəsmi məlumata əsasən, H. Ruhani seçicilərin 57%-nin səsini toplamağı bacarıb.