İran prezidenti Həsən Ruhaninin qardaşı Hosseyn Fereydun həbs olunub.
Bu barədə Yenicag.az İran mətbuatına istinadən məlumat verir.
İran məhkəmə hakimiyyətinin baş katibi Qulam-Hosseyn Mohseni-Ecey bildirib ki, Ruhaninin qardaşı maliyyə məsələləri səbəbindən həbs edilib.
Qeyd edək ki, Hosseyn Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub.