İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Feredun 5 il müddətinə azadlıqdan məhrum edilib.
Yenicag.az xəbər verir ki, bu barədə İran Ali Məhkəməsinin nümayəndəsi Qulam Hüseyn İsmaili bildirib.
O, deyib ki, H. Fereydunun barəsində çıxarılmış 7 il azadlıqdan məhrum etmə qərarı Apelyasiya Məhkəməsinin qərarına əsasən 5 ilə endirilib.
Qeyd edək ki, Prezident Həsən Ruhaninin müşaviri olmuş Hüseyn Feredun 2017-ci ildə rüşvət almaq ittihamı ilə həbs edilib. O, iri məbləğdə cərimə də ödəməlidir.