!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ruhaniyə sual vermək lazımdır ki, bəs başqa yol nədir?” – Hərbi ekspert

!Reklam – Yazi

“Özlərini prezident, diplomat hesab edənlər son vaxtlar əndrabadi açıqlamalar verirlər. Bu insanların savadına və qabiliyyətinə məəttəl qalıram”.

Bu sözləri Yenicag.Az-a danışarkən hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ekspert, “Ruhaniyə sual vermək lazımdır ki, Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll olunmur, Ermənistan özünü qanmazlığa vurub, başqa yol nədir?…”- deyib:

“Bəlkə Ruhani bilir, azan oxumaqla, hansısa dini ayinlə bunun çıxış yolu var, varsa desin, biz də bilək. Ermənistan beynəlxalq hüquq normalarını başa düşmürsə və bu günlərdə İsrailin Baş naziri Binyamin Netanyahunun Azərbaycana səfərinə, sanki, bir acıq vermək üçün Ruhani belə fikirlər səsləndirirsə, sadəcə olaraq təəssüflənirəm. İran prezidenti nəyə əsaslanıb deyir ki, bu münaqişənin hərbi yolla həlli yoxdur? Bunlar danışıqlar yolu ilə heç nəyi bacarmır və heç nəyi də ortalığa qoya bilmirlər. Yaxşısı budur ki, getsinlər özlərinə bir iş tapsınlar, Azərbaycan xalqına da vasitəçilik etməsinlər. Bizim xalqın kifayət qədər qeyrəti də var, namusu da var ki, öz ərazi bütövlüyünü bərpa etsin. Bu sadəcə siyasətbazların oyunlarıdır ki, bu günə qədər biz ərazi bütövlüyümüzü təmin edə bilməmişik”.
Mən şəxsən Qarabağ müharibəsi iştirakçısı kimi İran prezidentinə, ABŞ rəhbərliyinə və Rusiyanın min hiylələrdən çıxan siyasi rəhbərliyinə bildirmək və onlara sübut etməyə hazıram ki, Azərbaycan ordusu və əsgəri bu münaqişəni qısa bir müddət ərzində həll etmək gücünə malikdir:

“Sadəcə olaraq böyük qonşu dövlətlərin Ermənistana havadarlığını və xahişini nəzərə alaraq çalışırıq ki, hələlik bu münaqişə danışıqlar yolu ilə həllini tapsın. Amma görünən odur ki, danışıqlar yolu ilə heç kim bu məsələni həll etmək istəmir. Nə qədər paradoksal səslənsə də, İran Rusiya və ABŞ-la bərabər bu məsələdə qeyri-səmimilik nümayiş etdirir”.

Qarabağ məsələsinin yeganə həlli Azərbaycan ordusunun gücündən keçir:

“Azərbaycan ordusu da aprelin əvvəlində bütün dünya dövlətlərinin diqqətini necə özünə cəlb etmişdisə, Qarabağ məsələsində də öz sözünü deyəcək.
Ruhaninin Ermənistan prezidenti ilə az qala qol-boyun olması, mənə çox ağır gəldi. Onun hərəkəti əsla İrana yaraşmayan haldır. Ruhani unutmamalıdır ki, müsəlman dünyasının müqəddəs kitabı olan Quranı, müsəlman dünyasının ibadət yeri olan məsçidi təhqir edən Azərbaycan deyil, məhz Ermənistandır. Onun Sərkisyanla qucaqlaşması və belə münasibət sərgiləməsi tarixdə heç vaxt İrana başucalığı gətirməyəcək”.

Qeyd edək ki, hazırda İrəvanda səfərdə olan İran Prezidenti Həsən Ruhani çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ konfliktinin hərbi yolla həlli mümkün deyil.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv