Rumıniya səfiri Tovuzun Ermənistanla sərhəd kəndində – FOTO

Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Tovuzun Ermənistanla sərhəd Ağdam kəndində olub.

Yenicag.az xəbər verir ki, millət vəkili, Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayevanın dəvəti ilə baş tutan səfər zamanı millət vəkili Ermənistanın vandalizm aktları, hətta atəşkəs dövründə belə mülkü insanlara qarşı əl atdıqları qeyri-insani əməllər barədə məlumatlar verib.

Q.Paşayeva mütəmadi olaraq Ermənistan hərbi birləşmələrinin əkin sahələrində, həyətində işləyən və ya yolda gedən mülki əhalini, eləcə də qadın və uşaqları, yaşlıları hədəf götürməsi, evləri atəşə tutması, yay aylarında kəndə gələn suyun qarşısını kəsməsi barədə məlumat verib.

Ölkəsinin Azərbaycanın ərazi bütövlüyü dəstəklədiyini deyən səfir Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını dilədiklərini bildirib.

D.İankunun Tovuz RİH-də görüşü zamanı millət vəkili Q.Paşayeva Tovuzla Rumıniya arasında qardaşlaşmış bölgə təklifi ilə çıxış edib, hər iki ölkənin regionları arasında iqtisadi əməkdaşlığı genişləndirməklə yanaşı ədəbi-mədəni, turizm əməkdaşlığı üçün də geniş imkanlar olduğunu deyib.

Rumıniya səfiri ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

D.İanku “Naiqin&-Co” şirkəti və onun istehsal etdiyi məhsullarla tanış olub və Tovuz şərabçıları ilə müştərək əlaqələrin yaradılmasının mümkünlüyü bildirilib.

COP29