Rumıniyada qatarla avtomobil toqquşdu – Ölənlər var

Rumıniyanın Orben qəsəbəsində (Bakeu vilayəti) sərnişin qatarı ilə minik avtomobilinin toqquşması nəticəsində ikisi yeniyetmə olmaqla 4 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.

Suçava – Buxarest marşrutu üzrə hərəkət edən sərnişin qatarı avtomatik siqnalizasiya ilə təchiz olunmuş keçiddə minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtomobildəkilərin hamısı ölüb.

Ərazinin dəmiryolunda hərəkət dayandırılıb, polis qəzanın səbəblərini araşdırır.