Rumıniyada zəlzələ oldu

Rumıniyanın şərqində zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzdən xəbər verilib.

Məlumata görə, zəlzələ 4.9 bal gücündə qeydə alınıb.

Yeraltı təkanların episentri 41,2 min əhalisi olan Tekuç şəhərindən 5 kilometr şimal-şərqdə, ocağı isə 23 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.