Runi cəzasını belə çəkir – Zibil yığır və… – FOTOLAR

“Everton”un futbolçusu Ueyn Runinin bir müddət əvvəl içkili halda avtomobil idarə etdiyi üçün saxlanıldığını, 2 il müddətinə sürücülük hüququnan məhrum edildiyini xəbər vermişdik.

Yenicag.az xəbər verir ki, bununla yanaşı, ulduz futbolçuya 100 saat ictimai işlərlə məşğul olmaq cəzası da verilib.

Artıq təcrübəli forvard cəzasını çəkməyə başlayıb. İngiltərə millisinin sabiq üzvü bir müddət əvvəl Prestberi şəhərində yerləşən qocalar evinin bağçasında olan skamyaları rəngləyərdisə, bu dəfə Makklsfilddəki parklardan birində işləyərkən görüntülənib. Ulduz futbolçu burada oturacaqları rəngləyir və zibil yığır.

Qeyd edək ki, Runinin cəzası təkcə bunlarla bitməyib. Belə ki, “Everton” da bu hərəkətinə görə Runini 300 min funt-sterlinq dəyərində cərimələyib.

COP29