Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rus aviasiyası Suriyada hospitalı bombaladı: 10 ÖLÜ

rus_avia_mages“Sərhədsiz həkimlər” təşkilatı Suriyanın şimalında Rusiya aviasiyasının hospitalı bombaladığı barədə məlumat verib.

Maaret-ən-Numan şəhərində beyəlxalq humanitar təşkilatların da yardım göstərdiyi hospitalın bombalanması nəticəsində azı 10 pasient həlak olub, onlarla insan yaralanıb.

Londonda yerləşən Suriya İnsan Haqlarının Monitorinqi Mərkəzi isə zərbələrdən hospitalın çökdüyünü, onlarla insanın həlak olduğu, yaxud yaralandığını xəbər verib.

Bundan bir neçə gün öncə, Pentaqon Rusiya təyyarələrinin Hələb yaxılığındakı 2 hospitalı bombaladığını və bölgədəki 50 min insanı keyfiyyətli tibbi yardım almaq hüqundan məhrum etdyini bildirmişdi.

www.yenicag.az

189