Davamlı olaraq, ilklərə imza atan Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu yeni jurnal təsis edib.
“Odlar yurdu” adlanan və Rusiyadakı soydaşlarımız və rus ictimaiyyətinin marağına səbəb olan jurnalın ilk sayı əlli səhifədən ibarətdir.
Fondun sədri Şamil Tağıyevin Yenicag.az-a verdiyi məlumata görə, jurnal ayda bir dəfə çap olunacaq və pulsuz paylanacaq. Azərbaycan–Rusiya əlaqələri, Qarabağ həqiqətləri, diasporumuzda baş verən yeniliklər, Azərbaycan turizminin təbliği və digər taleyüklü məsələlər “Odlar yurdu”nun prioritet mövzuları olacaq.
Elçin/Yenicag.az