!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rus diplomat: “Problemin həllindən qaçırlar”

!Reklam – Yazi

“BMT Təhlükəsizlik Şurasına üzv olan bir sıra ölkələri əhatə edən Suriyaya dair qeyri-rəsmi görüş bu məsələni həll etmək üçün praktik addımlar atmaqdan daha çox İdlib ətrafında vəziyyətlə bağlı “virtual gerçəklik” yaratmaq məqsədi daşıyır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının BMT yanında Daimi Nümayəndəsi Vladimir Safronkov səsləndirib.

“Bu toplantıların İdlibə dair virtual reallıq yaratmaq məqsədi ilə bir növ diplomatik manevr olduğu qənaətindəyəm. Görüşün Suriya məsələsinin həlli istiqamətində praktik fəaliyyətlə heç bir əlaqəsi yoxdur. Hesab edirəm ki, Cenevrə prosesi prioritetdir”, – deyə Safronkov qeyd edib.

Rusiyalı millət vəkilinin sözlərinə görə, ictimaiyyəti hədəf alan bu cür yığıncaqlar bəzi tərəfdaşların yalnız yumuşaq fikirlər bildirərək problemin həllində maraqlı olmadığını göstərir: “Mən müxalifət üzvlərinə səslənərək xahiş edirəm ki, onlar öz ölkələrinin bütövlüyünü təmin etməyə səy göstərsinlər. Bunu onların yerinə kimsə düşünməyəcək. Müxalifət başa düşməlidir ki, prosesin bu cür davam etməsi ölkələrini məhvə sürükləyir. Onlar bu cür davam edən hadisələrin fonunda neçə-neçə dövlətin məhv olduğunu və onları yenidən əvvəlki vəziyyətə qaytarmağın mümkün olmadığını anlamalıdır”.

Qeyd edək ki, İdlibdə nəzarət müxalif qüvvələrin əlindədir.

Vaşinqton bölgədəki vəziyyətlə bağlı açıqlamalarında qeyd edir ki, Suriya hökumət qüvvələri İdlibdə kimyəvi silah hücumu həyata keçirə bilər. Bu isə bölgənin gələcək taleyi üçün ciddi problemlər yaradacaq.

Vaşinqtonun bu mövqeyinə qarşılıq olaraq Moskva iddia edir ki, bu bəyanatlar Suriyaya yeni bir hücum hazırlığı üçün bəhanədir.

www.yenicag.az

2947
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv