“Rus dünyası”na “VİDA”: “Bir də oraya qayıtmaq niyyətində deyilik”

Ukrayna “Rus dünyası” ilə əlaqələrini birdəfəlik kəsdiyini bəyan edib.

Yenicag.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Dmitri Kuleba danışıb.

Onun sözlərinə görə, Ukrayna artıq Avropa və Avroatlantik ölkə olaraq, inkişaf etməkdədir:

“Artıq nə prezident, nə də Ali Rada Ukraynanın “Rus dünyası”na qayıtmaq istəmir. Çox istərdik ki, avropalı dostlarımız bizim öz işimizlə məşğul olduğumuzu və öz yolumuzla getdiyimizi bilsinlər. Bu, mənim üçün çox prinsipialdır.

Ukraynalı nazir əlavə edib ki, ölkəsinin NATO və Avropa İttifaqına nə zaman daxil olacağını bilmir. Kuleba bildirib ki, Ukrayna bir Qərb ölkəsi kimi inkişaf etdikcə, o, öz vəzifəsində effektli fəaliyyət göstərə bilər.

Kuleba qeyd edib ki, Ukraynanın Türkiyə istehsalı olan “Bayraktar” PUA-larından istifadəsi Minsk razılaşmasına zidd deyil.