Rus gözəli ilə klipə çəkilən müğənnimizin ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO

Müğənni Rüfət Axundov Rusiyanın məşhur müğənnisi Anjelika Gel ilə bir araya gəlib.

Yenicag.az xəbər verir ki, müğənni “Love Story” adlı mahnıya çəkdirdiyi klipini üzə çıxarib. Rüfətin tərəf müqabili rus gözəli olub.

Müğənni Anjelika ilə Moskvada tədbirlərin birində tanış olduğunu bildirib. Klip çəkilişləri Abşeron çimərliklərindən birində baş tutub. Rus gözəli müğənnimizə necə aşiq olubsa, onunla birgə dənizdə üzməyə, hətta duşun altında çimməyə belə razılıq verib.

Dostluğu yüksək qiymətləndirən Anjelika çəkilişə görə Rüfətdən qonorar da almayıb.

Yaxın günlərdə klip Rusiya kanallarında da nümayiş olunacaq. Rüfətin Rusiya şou-biznesinə qatılacağı da istisna olunmur.

Onu da öyrəndik ki, Anjelika təqdimatda iştirak etmək üçün Bakıya gələcəkmiş, amma alınmayıb.

Cəvahir
Yenicag.az