Rus kəşfiyyatçı Ukraynada ələ keçirildi

Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat əməkdaşları Vinnitsa vilayətində Rusiya hərbi kəşfiyyatçısını saxlayıb.

Yenicag.az xəbər verir ki, agent Müdafiə Qüvvələrinin bölmələri və enerji obyektlərinin yerləşdiyi yerlər barədə ruslara məlumat ötürürmüş.

Saxlanılan şəxs 1990-cı illərin əvvəllərində ordudan təqaüdə çıxıb, sonra isə onun Vinnitsa vilayətində yaşayan keçmiş sovet hərbçisi olduğu üzə çıxıb.