Rusiyaya bağlı xakerlərin ABŞ-ın Demokrat Partiyasının mərkəzi komitəsi funksiyasını həyata keçirən Demokrat Milli Komitəsinin (DNC) məlumat bazasına sızaraq, cümhuriyyəçilərin namizədi Donald Tramp ilə bağlı apardıqları araşdırmaları ələ keçirib.
Yenicag.az “Washington Post”a istinadə xəbər verir ki, Demokrat Partiyasının rəhbərliyi kiber hücumun təsdiqləndiyini bildiriblər. Onların sözlərinə görə, rus xakerlərin əsl hədəfi hazırda Tramp ilə Klintonun özəl məlumatları olub.
Rus tərəfi isə bu xəbəri təkzib edib.
Yenicag.az