Rus nazir “Türk axını”nın dayandırılması haqda iddianı təkzib etdi

38073Rusiyanın Energetika naziri Aleksandr Novak “Türk axını”nın tikintisi ilə bağlı aparılan danışıqların dayandırılması haqda informasiyanı təkzib edib.

Yenicag.az xəbər verir ki, bu haqda İnterfaksa məlumat yayıb.

“Məsələ ilə bağlı bizdə heç bir rəsmi açıqlama yoxdur. İşləməyə davam edirik. Bildiyim qədər Türkiyə tərəfi də bu layihəyə baxır”

Novakın sözlərinə görə, “Qazprom eskport” və Türkiyənin “Botas” şirkətləri qaza güzəşt haqda danışıblar, ancaq bunu təsdiqləyən sənələr hələ imzalanmayıb. Güzəştlər müqavilədəki qiymətin 10,25%-i əhatə edəcək.

Kremlin mətbuat katibi Dmitri Peskov isə deyib “Türk axını” ilə bağlı yekun saziş Türkiyədə hökumət formalaşdırıldıqdan sonra imzalanacaq.