Rus ordusu bu rayonu tərk etdi

Rusiya qoşunları Kiyev vilayətinin Brovar rayonunu tam tərk ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə Brovar meri İqor Sapojko məlumat verib.

O bildirib ki, Ukrayna hərbçiləri yaxın vaxtlarda ərazini düşmənin qalıqları və texnikasından, o cümlədən minalardan təmizləyəcəklər:

“Brovar əhalisi geri qayıdır. Kiçik və orta biznes tədricən canlanır. Müəssisələr, mağazalar, kafelər açılır. Şəhər öz həyatını yaşamağa başlayır. Bizim Ukrayna ordusundan ümidimiz var idi, həmişə deyirdik ki, hər şey sakitdir, hər şey yaxşıdır”.

Sapojko Brovardakı blok-postların götürülməyəcəyini deyib və bildirib ki, təhlükə anında şəhər müdafiəyə hazır olmalıdır.

COP29