Rus ordusu Xersonu idarə olunan bombalarla vurdu

Rus qoşunları Ukraynanın Xerson bölgəsini idarə olunan bombalarla vurub.

Yenicag.az xəbər verir ki, bu barədə Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib .

“Ruslar idarə olunan bombalarla bölgəyə hücum edir. Axşam saatlarında düşmən aviasiyasının Berislava üç, Novoberislava iki, Kazatskiyə bir hücumu qeydə alınıb”, – Prokudin vurğulayıb.

Prokudinin sözlərinə görə, hazırda düşmənin hücumu nəticəsində 7 nəfər yaralanıb./Axar.az/