Rus ordusu yaşayış binasını top atəşinə tutdu: Ölənlər var – FOTOLAR

Rusiya Ordusu Kiyev vilayətində doqquzmərtəbəli binanı top atəşinə tutub.

Yenicag.az xəbər verir ki, atəş nəticəsində bina qismən dağılıb, yanğın baş verib.

İlkin məlumata görə, iki nəfər həlak olub, üç nəfər isə xəstəxanaya yerləşdirilib.

Dağıntılar altında qalanların axtarışları davam etdirilir.