!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rus parodiyaçılar amerikalı nazirlə məzələndilər - Super telefon zarafatı

!Reklam – Yazi

Özünü ukraynalı nazir kimi təqdim edən rus parodiyaçılar Vladimir Krasnov və Aleksey Stolyarov ABŞ-ın enerji naziri Rik Perri ilə 22 dəqiqə telefon müzakirəsi aparıblar.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rik Perry “ukraynalı həmkar”ı ilə söhbətdə Ukraynanın daş kömür ixracatının genişləndirilməsinə dair müsbət mesajlar ötürüb.

“Amerikanın səsi” radiosunun məlumatına görə, adları çəkilən rus sənətçilər bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin adından dünyaşöhrətli müğənni Elton Conla da danışmışdılar.

ABŞ Enerji Nazirliyinin sözçüsü Şelin Haynes yaydığı açıqlamada sözügedən telefon zarafatının həqiqətən olduğunu təsdiqləyib:

“Bu şəxslər yüksək vəzifəli şəxslərə, əsasən də öz hökumətlərinin siyasətinə uyğun gəlməyən insanlarla etdikləri telefon zarafatları ilə tanınıblar”.

İnternetdə yayılan materialda Perrinin iyulun 19-da baş tutan həmin telefon danışığında Rusiyaya qarşı sanksiyalar və Ukraynanın neft-qaz sektoruna dəstək verilməsi mövzularında ciddi danışdığı görünür.

Trump administrasiyasının Rusiyanın Baltik dənizi üzərindən Avropaya təbii qazın nəqlini nəzərdə tutan “Nord Stream 2” layihəsinə qarşı olduğunu deyən Perri ABŞ texnologiyasının Ukrayna qaz sektorunun inkişafına yardım edəcəyini bildirib.

Yenicag.Az

 

www.yenicag.az

1163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv