Rus qadınları nədən ölürlər? – Səbəblər açıqlandı

Rus qadınları arasında ölüm hallarının artmasına təsir göstərən səbəblər müəyyən edilib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, rus qadınlarının ölümünün əsas səbəbi bəd və xoş xassəli şişlərdir.

Bu barədə məlumatı Rusiyanın Statistika Komitəsi açıqlayıb.

Məlumata görə, Rusiyada əmək qabiliyyətli yaş (16-54) kateqoriyasına daxil olan 19,6 min qadın məhz bu səbəbdən dünyasını dəyişib.

İkinci əsas səbəb isə qan dövranının pozulması xəstəliyidir. 2017-ci ildə bu xəstəlik Rusiyada 18,9 min qadının həyatına son qoyub.

Üçüncü səbəb isə xarici amillər – zorakılıq, qəza və bədbəxt hadisələr olub. Bu hadisələr nəticəsində 15,8 min rusiyalı qadın dünyasını dəyişib.