Rus qızının xilas etdiyi AZƏRBAYCANLI QƏHRƏMAN: “Yaralı vəziyyətdə onu…” – VİDEO

Tanınmış jurnalist Sara Safuranın təqdimatında yayımlanan “Zəfər yolu” verilişi Böyük Vətən Müharibəsindəki igidliyinə görə III dərəcəli “Şöhrət” ordeni ilə təltif olunmuş qəhrəman döyüşçü Fətulla Həmidova həsr olunub. 

Yenicag.az xəbər verir ki, Şabran rayonundan olan Fətulla Həmidovun övladları Şahnaz Həmidova, Nailə Xıdırova və Hacıağa Həmidov atalarının keçdiyi şərəfli döyüş yolundan danışıb, xatirələrini bölüşüblər .

Övladları bildirib ki, 2016-cı ildən Volqaqradda Stalinqrad uğrunda döyüşən azərbaycanlılara həsr olunmuş muzey ekspozisiyasındakı Stalinqrad panoramında Fətulla Həmidovun adı və xatirəsi yad edilir.

Onun haqqında rus dilində bioqrafik kitab nəşr olunub, Volqaqrad vilayətinin Sovet rayonu 54 saylı məktəbində və həmin vilayətin Voraşilov rayonunun 14 saylı məktəbində xatirəsini əks etdirən stend nümayiş olunur.

Eyni zamanda rus dilində nəşr olunmuş “Stalinqrad döyüşü ensiklopediyası” və “Biz SSRİ-yə xidmət edirik” adlı iki cildli kitabda qəhrəman döyüşçü və ailəsi haqqında məlumat verilir.

Qeyd edək ki, Böyük Vətən Müharibəsindəki igidliyinə görə III dərəcəli “Şöhrət” ordeni ilə təltif olunmuş Fətulla Həmidovun yaşadığı küçə hazırda onun adını daşıyır.

Vaxtılə yaşadığı ev isə, müharibə iştirakçılarının xatirələrini əbədiləşdirən ev-muzeyi kimi fəaliyyət göstərir. Bu muzeydə onun şəxsi əşyaları, şəxsi geyimi, işlətdiyi potefon, haqqında yazılmış məqalələrdən ibarət qəzetlər, orden və medalları, o cümlədən, büstü nümayiş olunur. Həyətində Volqaqraddan gətirilmiş, rəmzi məna daşıyan ağac da əkilib.

Qızı Nailə Xıdırova Şabran rayonunda atasının adını daşıyan ev muzeyinə digər ölkələrdən də ziyarətçilərin gəldiyini bildirib.

Videonu təqdim edirik:

Cəvahir