Rus qoşunları Balakleya şəhərinə daxil oldu

Rusiya qoşunları Xarkov vilayətinin Balakleya şəhərinə daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə şəhər meri İvan Stolbovoy Feysbuk hesabında məlumat verib.

“Rus qoşunları Balakleya icmasının ərazisinə daxil oldular. Şəhər soveti, icraiyyə komitəsi və şəxsən mən rus qoşunları ilə əməkdaşlıq etməyəcəyik. Mən doğma şəhərimdə, öz torpağımda qalıram və heç yerə qaçmayacağam”, – mer bildirib.