Rus səfir öldü

Rusiyanın Portuqaliyadakı səfiri dünyasını dəyişib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Lakin səfir Oleq Belousun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, O.Belous 2013-cü ildən Rusiyanın Portuqaliyadakı səfiri kimi fəaliyyət göstərirdi. O, daha öncə ölkəsinin Fransa, İtaliya və İspaniya başqa dövlətlərlə siyasi əməkdaşlığına töhfə verib.

COP29