!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rus səfirin qətli CIA-nın Ərdoğana gizli mesajıdır” – Pərdəarxası

!Reklam – Yazi

15673173_843633829113255_438644247_nTürkiyənin tanınmış yazarı, siyasi araşdırmaçı və jurnalist Sabahəddin Önkibar rus səfirinin Ankarada öldürülməsini şərh edib. Önkibar cinayətin CIA tərəfindən planlanaraq, FETÖ-nun əli ilə həyata keçirildiyini iddia edərək bildirib ki, bu cinayətlə ABŞ kəşfiyyatı əslində, Ərdoğana “səni də öldürərik” mesajı verir. Xüsusi təyinatlı türk polisinin, əslində dövlətin təhlükəsizliyini qorumalı olan, türk dövlətinin silahlandırdığı şəxsin dövlətçiliyin təməllərini hədəfə alan cinayət törəməsi birbaşa dövlətin rəhbərliyinə göndərilən xəbərdarlıq mesajıdır.

Sabahəddin Önkibar analizinin əsas tezislərini aşağıdakı ardıcıllıqla qələmə alıb:

Bir: Dəqiq olan bir şey var ki, təcavüzkar FETÖ-çu hipnoz edilmiş bir xaşxaşidir.

İki: Rusiya səfirini “vur” əmrini verən mübahisəsiz olaraq Fətullah Güləndir, çünki onun əmri olmadan heç bir xaşxaşi və ya mürid belə bir çılğınlığa cəsarət edə bilməz.

Üç: Fətullah kimi hər şeyini itirmiş bir insan belə həbsxanadakıların xətrinə məcbur qalmasa bu əmri verməzdi.

Dörd: Fətullahı buna məcbur edən iradə, qulluqçuluq etdiyi CIA-nın əmridir.

Beş: Bəli, CIA əmr etmiş, Fətullah öldürmüşdür.

Altı: CIA, Fəthullahdan qatilin xüsusilə polis olmasını istəmişdir.

Yeddi: Məqsədi Tayyib Ərdoğana mafiatik mesaj verməkdir.

Səkkiz: Beləliklə, CIA Ərdoğana “səni də Rusiya səfiri metoduyla öldürərəm” deyir.

Doqquz: Rusiya səfirini öldürən polis Tayyib Ərdoğanın son dövrlərdəki mühafizə qrupundandır.

On: CIA, Tayyib Ərdoğana “polis və əsgərlər arasında bunun kimi yüzlərlə var və səni də istədiyim an məhv edərəm” deyir.

On bir: CIA, Tayyip Ərdoğana “ölmək istəmirsənsə, Suriya və Hələb məsələsində Rusiya ilə razılığa gəlmə, Suriyada YPG-yə etiraz etmə, PKK ilə mübarizədən əl çək və yeni bir prosesə başla, FETÖ-çularla uzlaş və onları bağışla” deyir.

On iki: Xeyr, bu sui-qəsdin məqsədi Türkiyə-Rusiya əlaqələrini pozmaq deyil, çünki nə Rusiyanı, nə də Türkiyəni idarə edənlər o qədər axmaq deyil ki, bunu CIA-nın etdiyini anlamasın.

On üç: Sui-qəsddə inamsızlıq vəziyyəti yaratmaq bir başqa məqsəddir, buradakı hədəf isə Türkiyəni dünyadan təcrid edərək, iqtisadi çöküş üçün zəmin hazırlamaqdır.

On dörd: Ancaq qatilin polislərin içindən seçilməsi Ərdoğana mesaj ehtimalını önə çıxarır.

On beş: Silah Tayyip Ərdoğana tuşlanıb və onu öldürməklə vətəndaş müharibəsi yaratmaq istəyirlər.

On altı: Ərdoğan təhdidə boyun əyərərək, geri addım atıb sarı öküzü verərsə və o dəqiqə öz sonunu hazırlayacaq.

On yeddi: CIA əgər bu şəkildə təhdidə məcbur qalıbsa, deməli, çətin vəziyyətdədir.

On səkkiz: Türkiyə artıq heç düşünmədən ABŞ-a konkret cavab verməlidir. Məsələn, Diyarbəkir və hətta İncirlik hərbi bazalarının fəaliyyətlərini ən azından müvəqqəti olaraq dayandırmalıdır.

On doqquz: Bundan başqa sui-qəsdin məqsədi bütün dünyaya bizim yazdığımız kimi bir-bir, həqiqətlərlə bərabər çatdırılmalıdır.

İyirmi: Hadisə böyük planda mübahisəsiz olaraq, ABŞ-ın Türkiyəyə açıq müharibə elanıdır.

İyirmi bir: ABŞ-a əgər məğlub ediləcəyi xatırladılmazsa, CIA əyləcə basmayacaq və vətəndaş müharibəsi üçün oxşar cəhdlərini davam etdirəcək.

İyirmi iki: “Siyasətdən əl çəkmişəm” deyib, hər sahədə medianın gözünə girən, öz adını gündəmdə saxlayan Abdullah Gülə çox diqqət edilməlidir, çünki ABŞ-ın planı Tayyib Ərdoğanı aradan götürərək, yerinə onu oturtmaqdır. Belə bir şey isə, Allah qorusun, həmin an Türkiyənin asılılığa düşməsi deməkdir.

İyirmi üç: Müharibədəyik və müharibənin qanunları yerinə yetirilməlidir.

İyirmi dörd: Türkiyə 1923-cü ildən bəri heç vaxt bu qədər böyük bir təhdidlə üz-üzə qalmayıb.

İyirmi beş: Ya dövlət başa, ya quzğun leşə!

Müəllif: Sabahəddin Önkibar
Yenicağ.Az

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv