“Rus səfirini FETÖ-mü öldürdü?” sualına ABŞ nümayəndəsindən reaksiya – VİDEO

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Ankarada Rusiya səfirinin öldürülməsi ilə bağlı brifinq verib.

Yeniçağ.Az xəbər verir ki, mətbuat konfransında jurnalistlərdən birinin “rus səfiri FETÖ-mü öldürdü?” sualına Kirbi belə cavab verib:

“Hələ istintaq bitmədən tələsik verilən bəyanatın faydası olmaz”, – deyə cavab verib.

“Hazırda ABŞ-ın qoruduğu Gülənin bu işin arxasından çıxa biləcəyi ehtimalı sizi narahyat etmir ki?” sualına isə ABŞ rəsmisi belə cavab verib:

“Hələ istintaq davam edir. İstintaq bitmədən bu məsələyə işarə etməniz doğru olmaz”, – deyə cavab verib.

https://www.youtube.com/watch?v=4Pa2a9FwO1I

Yeniçağ.Az