Rusiyanın keçmiş səfiri Andrey Karlovun sui-qəsdilə bağlı yeni məlumatlar əldə olunub.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, ruslar Karlovu qətlə yetirən Altıntaşın sildiyi faylları geri qaytarmağa nail olublar. Faktla bağlı araşdırma aparan rus heyəti təhqiqat üçün terrorçunun hard diskini tələb edib. Altıntaşın kompüterinde “Fətullah Gülən” adlı 2, “Xidmət” adlı 690, “FETÖ” adlı 4, “Nur camaatı” adlı 1 ədəd dosye aşkarlanıb.
Məlum olub ki, sui-qəsdin arxasındakı güclərin üzə çıxmaması üçün müxtəlif addımlar atılıb. Altıntaşın Əl-Nüsra və Əl-Qaidə terror təşkilatları ilə əlaqələrinin olmadığı, lakin terrorçunun belə bir təsəvvür yaratmaq üçün ərəbcə şüarlar səsləndirdiyi bəlli olub. Hətta Altıntaş “WhatsApp” yazışmalarında Əl-Qaidə terror təşkilatını tənqid edib. Tapılan fayllarla onun FETÖ terror təşkilatına üzv olması tamamilə təsdiqlənib.
Qeyd edək ki, Altıntaşın sevgilisinə yazdığı “Şəhadət istəyirəm” mesajı xüsusilə diqqət çəkib.