Ermənistan Milli Təhlükəsizlik Xidməti Rusiya sərhədçilərinin geri çəkilməsi ilə əlaqədar əlavə qüvvələr cəlb edir.
Yenicag.az xəbər verir ki, bu barədə MTX-nin mətbuat xidməti məlumat yayıb.
“Dövlət sərhədinin “Zvartnots” keçid məntəqəsində sərhəd nəzarəti funksiyasının lazımi səviyyədə həyata keçirilməsini təmin etmək məqsədilə Rusiya sərhədçilərinin qeyd olunan keçid məntəqəsindən çıxarılması ilə yanaşı, Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən əlavə qüvvələrin cəlb edilməsi üçün zəruri tədbirlər görülməlidir”, – deyə qeyd olunub./unikal