!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rus şirkətindən həyasızlıq: “MegaFon” Dağlıq Qarabağı “müstəqil dövlət” kimi göstərib

!Reklam – Yazi

Rusiyanın “MegaFon” mobil operatoru Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb.

Yenicag.az-ın məlumatına görə, Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov bəyanat yayaraq, “MegaFon”un bu təxribatını pisləyib və adıçəkilən mobil operatordan Azərbaycana qarşı yol verdiyi kobud səhvin aradan qaldırılmasını tələb edib.

RAİ prezidenti bəyanatında “MegaFon”un bu təxribatını Rusiya-Azərbaycan münasibətlərinə zərbə kimi qiymətləndirib: “Rusiyanın ikinci böyük mobil operatoru “MegaFon” növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə sayğısızlıq nümayiş etdirib. Beynəlxalq hüquqa, Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə məhəl qoymayan “MegaFon” Ermənistan tərəfindən işğal edilən Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı öz xidmət xəritəsində müstəqil dövlət kimi göstərib.

Şirkət Azərbaycanla Dağlıq Qarabağın guya fərqli ərazilər olduğunu vurğulamaq üçün, danışıq tariflərinə uyğun olaraq, hər dəqiqə üçün 25 və 20 rubl müəyyən edib. Rusiya Azərbaycanlıları İttifaqı (RAİ) Rusiyanın ən nəhəng rabitə şirkətlərindən olan “MegaFon”un bu qərarından hiddətləndiyini bildirir, baş verənləri erməni separatçılarının lehinə provokasiya sayır, bu cür provokasiyaların Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcəyindən narahatlıq keçirir.

“MegaFon” şirkətinə xatırlatmaq istəyirik ki, ərazisində hüquqi şəxs kimi fəaliyyət göstərdiyi Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, eyni zamanda, Azərbaycanı özünün Güney Qafqazda ən etibarlı tərəfdaşı hesab edir. Ölkələrimiz arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərini bir neçə həftə öncə, Avropa Şurası Parlament Assambleyasında Rusiyanın yenidən qurum üzvlüyünə bərpasının müzakirələri bir daha sübut edib – Azərbaycanın AŞPA-dakı tam tərkibdə nümayəndə heyəti Rusiyanın quruma tam hüquqlu üzv kimi bərpasının lehinə səs verdi.

Vurğulayaq ki, “MegaFon”un Rusiya Federasiyasının dövlət maraqlarını aşaraq, mənafelərinə xidmət etdiyi Ermənistanın parlament nümayəndə heyəti üzvlərinin yarısı bu qərarının əleyhinə səs verib.

Biz “MegaFon” şirkəti rəhbərlərinin diqqətini 1997-ci il iyulun 3-də Azərbaycan prezidenti Heydər Əliyevlə Rusiya prezidenti Boris Yeltsinin imzaladığı “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, işbirliyi və təhlükəsizlik” müqaviləsinə də yönəltmək istəyirik. Fikrimizcə, şirkətin Azərbaycan ərazilərini müstəqil dövlət kimi göstərmək provokasiyası bu önəmli dövlət sənədinin ruhuna, eyni zamanda öhdəliklərinə ziddir. Biz “MegaFon” rəhbərliyinin antiazərbaycan addımlarının arxasında nələrin dayandığından xəbərsizik. Görünür, şirkət rəhbərliyində Qarabağ separatçılarına simpatiya duyan şəxslər var ki, “MegaFon” onların təsiri ilə iki ölkə arasında rəsmi qərarlarla təsdiq edilmiş öhdəlikləri pozaraq, Dağlıq Qarabağı ayrıca ərazi vahidi kimi göstərib və oraya beynəlxalq danışıq tarifləri tətbiq edib. Rusiya Azərbaycanlıları İttifaqı baş verənləri yüksəlişdə olan Rusiya-Azərbaycan münasibətlərinə ziyan vurmaq üçün düşünülmüş addım sayır.

Bir daha mobil operator rəhbərliyinin diqqətinə çatdırırıq ki, Dağlıq Qarabağ Respublikası adlı dövlət yoxdur, dövlət kimi göstərilən ərazilər Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunan əraziləridir. Beynəlxalq hüquq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayır və BMT-nin Ermənistan qoşunlarının işğal edilən Azərbaycan torpaqlarından, o sıradan Dağlıq Qarabağdan çıxarılması ilə bağlı 4 qətnaməsi var. RAİ Rusiyada yaşayan azərbaycanlılar arasında yetərincə populyar olan mobil operatorun belə bir qərarından təəssüf hissi keçirdiyini də vurğulayır. Bu gün Rusiyada yaşayan, işləyən yüz minlərlə azərbaycanlı “MegaFon”un abunəçisidir.

Biz şirkət rəhbərliyini məsuliyyətə dəvət edir, beynəlxalq hüquq normalarına zidd, iki ölkə arasında münasibətlərin sərinləşməsinə səbəb olan bu qərarın dərhal dəyişdirilməsini tələb edirik”.

www.yenicag.az

7032
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv