!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rus təyyarələrini Kreml partladıb? – Şok iddia, rəy

!Reklam – Yazi

151101120434_russian_debris_promo_640x360_epa_nocreditRus mediasının iddiasına görə, Rusiyaya məxsus sərnişin təyyarəsinin Misirin Sinay yarımadasında qəzaya uğramasında və çoxsaylı insan tələfatında məhz Moskvanın öz əli var. Bu fikri səsləndirənlər bunu onunla əsaslandırırlar ki, Kreml adminstrasiyası Yaxın Şərqdə özünün hərbi təcavüzünü genişləndirməyi düşünür. Yəni, onlar təkcə Suriya ilə kifayətlənmək deyil, hərbi əməliyyatları daha da genişləndirərək terrorizmə qarşı mübarizə adı altında bölgənin başqa ölkələrinə də keçirməyi düşünürlər. Bu səbəbdən də məhz sərnişin təyyarəsinin qəzaya uğramasını, daha doğrusu vurulmasını təşkil ediblər ki, özlərinin sonrakı hərəkətlərinə “bəraət” qazandırsınlar. Qeyd edək ki, vaxtilə, Vaşinqton adminstrasiyası da məhz 2001-ci ilin 11 sentyabr olaylarını əsas gətirməklə Əfqanıstan və Yaxın Şərq ölkələrində terrora qarşı mübarizəyə başlamışdı.

Görəsən, Sinay yarımadasında Rusiyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğramasında elə Moskvanın özünün əlinin olması barədə deyilənlər nə dərəcədə həqiqətə uyğundur?

Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında təyyarə qəzası ilə bağlı səslənən bu kimi fikirlərin absurd olduğunu bildirdi: “Bu versiyanı bölüşmək çətindir. 224 insanı öldürüb, ondan hər hansı bir strateji məqsədləri reallaşdırmaq üçün istifadə etmək insnlığa, bəşəri əxlaq qanunlarına ziddir. Bu səbəbdən də rus təyyarəsinin Misir ərazisində qəzaya uğramasında Rusiyanın özünün əlinin olduğuna dair deyilən fikirlərin doğru olduğuna inanmıram. Buna rusların gedəcəyi də inandırıcı deyil. Bu kimi fikirlər aranı qarışdırmaq, xaos yaratmaq istəyən müəyyən qüvvələrin ortaya atdığı əsası olmayan fikirlərdir. Rusiya öz vətəndaşları olan 224 adamın ölümünə səbəb olan təyyarəni necə yəni özü partlatsın? Bu mümkün deyil. Tamamilə absurddur. Bunu heç cür insan məntiqi ilə dərk etmək olmaz”.

ELÇİN

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv