!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rus təyyarəsi ilə Suriyaya girmək Azərbaycana hansı zərbəni vura bilər? – Ekspertlər şərh edir

!Reklam – Yazi

 

hqdefaultVüqar Zifəroğlu: “Hesab etmirəm ki, Azərbaycanın Qərbin və yaxud Rusiyanın humanitar yardım missiyasında hansısa bir yer tutması Vaşinqtonla Moskva arasında münasibətlərin gərginləşməsi fonunda Bakı üçün mənfi nəticələrə gətirib çıxara bilər”

Qabil Hüseynli: “Azərbaycanın  Rusiyanın Hələbə etdiyi humanitar yardım missiyasında iştirakında qəbahət görmürəm”

Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Pekində keçirilən Syanşan Təhlükəsizlik Forumunda bildirib ki, Rusiya Hələb bölgəsində genişmiqyaslı humanitar əməliyyat başlayıb və beynəlxalq ictimaiyyət də onu dəstəkləyir. Onun sözlərinə görə Belarus, Çin, Azərbaycan, Serbiya, Hindistan, Qazaxıstan Suriyaya humanitar yardım göndərməyi planlaşdırır. Buradan belə görünür ki, Azərbaycan da daxil olmaqla bir sıra ölkələr Rusiyanın sözügedən “humanitar” əməliyyatında yer almağı düşünürlər. Özü də bu yadımlar aydındır ki, Rusiya təyyarələri vasitəsilə həyata keçiriləcək.

Görəsən, Azərbaycanın Rusiyanın himayəsi altında Hələbə olan bu kimi “humanitar” yardım kampaniyasında iştirakı nə dərəcədə məqbul sayıla bilər?

vuqar zifer (1)Şərhçi Vüqar Zifəroğlu Yenicag.az-a açıqlamasında Moskvanın prosesdə nə dərəcədə səmimi olub-olmamasından asılı olmayaraq, Azərbaycanın da Rusiya təyyarələri vasitəsilə Hələbə humanitar yardım missiyasında iştirakını məqbul hesab etdi: “Bildiyim qədər Azərbaycanın Hələbə humanitar yardım edilməsində iştirakı məsələsilə bağlı hələlik rəsmi münasibət bildirilməyib. Amma Rusiya maksimum dərəcədə Hələb istiqamətində fəaliyyətdə maraqlı olduğunu açıq şəkildə büruzə verməkdədir. Diqqət edin, Rusiya müdafiə nazirinin müavininin açıqlaması Fransa prezidenti François Hollande Rusiyaya qarşı, Suriyanın ikinci böyük şəhəri sayılan Hələbin bombalanmasına görə hərbi cinayətlərdə ittihamların irəli sürülməsinin mümkünlüyünü bildirməsi ilə eyni vaxta təsadüf edir. 10 gün bundan əvvəl Hələb şəhərinə zərbələr endirən Rusiyanın, indi elə həımin şəhərə humanitar yardım barədə danışması, maraqlıdır. Hər halda bu məsələdə Moskva real addımıar atmaq və yardım göstərmək niyyətindəirsə, bu müsbət qarşılana bilər. Azərbaycan bir dövlət olaraq humanitar səpkili yardımlarda həmişə iştirakçı olub və öz köməyini əsirgəməyib.

Prinsip etibarı ilə ölkəmizin bu humanitar yardım prosesində iştirakı təbiidir. Onu da nəzərə alaq ki, Hələb qədim türk şəhəridir, əhalisinin böyük əksəriyyəti də türkmənlərdir. Bu anlamda Azərbaycanın həmin humanitar missiyanın tərkibində olması həm də müsbət haldır. Lakin Hələb istiqamətində döyüşlərin davam etdyi bir zamanda humanitar yardım məsələsinin ortaya atılması bir qədər inandırıcı görünmür.  Bununla belə, istənilən halda hesab etmirəm ki, Azərbaycanın Qərbin və yaxud Rusiyanın humanitar yardım missiyasında hansısa bir yer tutması Vaşinqtonla Moskva arasında münasibətlərin gərginləşməsi fonunda Bakı üçün mənfi nəticələrə gətirib çıxara bilər”.

qabilhuseynliaaaPolitoloq Qabil Hüseynli də Moskvanın iştirakı ilə həyata keçirilən bu “humanitar” yardım missiyasında ölkəmizin iştirakında bir qəbahət görmədi: “Hələbdə bildiyimiz kimi, əhalinin humanitar yardıma ciddi ehtiyacı var. Bu mənada Azərbaycan da Rusiyanın təşkil etdiyi humanitar yardım missiyasında iştirak etməkdə düzgün addım atır. Hər halda bu addımı atmaq lazımdır.  Bu addım insanların problemlərinə ciddi yanaşmaq addımıdır.  Bu nöqteyi-nəzərdən də kiminsə nə deməsi və ya nə düşünməsindən asılı olmayaraq Azərbaycanın  Rusiyanın Hələbə etdiyi humanitar yardım missiyasında iştirakında qəbahət görmürəm”.

ELÇİN

www.yenicag.az

708
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv